“4 həyat yoldaşım olub” - Leyla Şıxlinskaya
Tarix: 24-10-2015, 11:52 |
Çap et
Əməkdar artist Leyla Şıxlinskaya “5-ci element” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa “Eşitmişik ki, 4 həyat yoldaşınız olub” sualına belə cavab verib:
“Bu qədər dəqiq rəqəmləri haradan bilirsiniz? Bəli. Mən Elizabetə çata bilmərəm. Onun 9 nikahı olub. Hələ hər şey qarşıdadır. Yaşayarıq, görərik. Bəlkə, verilişinizin ayağı düşərli oldu, beşincini də tapdım. Əsas sevgidir. Onsuz mümkün deyil. Onda münasibət ağ-qara filmə bənzəyir”.
Baxım sirrlərindən danışan L.Şıxlinskaya plastik əməliyyat etdirəcəyini də gizlətməyib:
“Bədən formasını saxlamaq qadınlar üçün önəmlidir. Əsasən də şou-biznesdə olanlar buna diqqət etməlidirlər. Bədən gərək əndazədən çıxmasın. Kök xanımlar dar libasları xoşlayırlar. Formada olmaq üçün əvvəlcə bədən quruluşundan başlayın. Bizim ulduzlara baxın, üzlərini necə boyayırlarsa, elə bil döyüşə gedirlər. Mən də plastik əməliyyat etdirmişəm. 20 il bundan əvvəl gözətrafımdakı sallanmaları götüzdürmüşəm. Çünki bizim nəsildə genetik olaraq gözətrafında tuluqlar var. 10 kiloqram arıqlayım, başqa plastik əməliyyatlar da etdirəcəm”.