Tolik Röyanı müdafiə etdi: "Həyatda heç nəyə nail olmayanlar..."
Tarix: 22-10-2015, 10:20 |
Çap et
Prodüser Tolik uzun müddətdir küsülü olduğu müğənni Röya Ayxandan yazıb.
Axşam.az-ın məlumatına görə, o, sənətçinin yeni “Kesin bilgi” klipini paylaşaraq, onun 2 milyon dəfə izləndiyini vurğulayıb:
“Uğur bir insanı izləyirsə, ona yalnız sevinmək lazımdır. Bunu paylaşmağımın məqsədi odur ki, 10 gündə 2 milyon baxış var. Deməli, insanların marağındadır. Onsuz da müğənni bəyənilirsə, seviləcək. Amma aşağıda “bəyənmirəm” qoyan o 2 min insan elə qurd kimi də qalacaq. Bunu tək Röya üçün demirəm, müğənnilərimizin çoxu çalışır ki, nəsə təqdim etsinlər. Amma bəzi həyatda heç nəyə nail olmayanlar ya girib pis söz yazar, ya da “bəyənmirəm” qoyar”.