Həmyerlimiz Murad Bozla "Ayrılıq" oxudu (VİDEO)
Tarix: 19-10-2015, 09:31 |
Çap et
"O səs Türkiyə"nin növbəti buraxılışında Cənubi Azərbaycandan olan İbrahim Purkazemi səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, yarışmaya Təbrizdən qatıldığını deyən İbrahim "Ayrılıq" mahnısınl ifa edərək münsiflərdən Ebru Gündeş, Murad Boz, Gökhan-Hakan Ozoğuzu özünə tərəf döndərə bilib.
İ.Purkazemi mahnını ikinci dəfə müğənni M.Bozla duet şəklində səsləndirib. Sonda həmyerlimiz Göıkhan-Hakan qardaşlarını seçərək yarışmaya onların komandasında davam etmək istədiyini deyib.
Qeyd edək ki, TV8 telekanalına Acun İlicalının aparıcılığı ilə yayımlanan "O səs Türkiyə" yarışmasının münsiflər kürsüsündə müğənnilər E.Gündeş, M.Boz, Gökhan-Hakan qardaşları və Hadisə əyləşir.Videonu buradan izlə...