İlhamə Quliyeva vəsiət etdi - video
Tarix: 12-10-2015, 10:10 | Çap et
İlhamə Quliyeva vəsiət etdi - video
Xalq artisti İlhamə Quliyeva vəsiət edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında öləndən sonra onu qoz ağacından hazırlanan tabutda dəfn etmələrini istəyib:

“Bir arzum var, mən vəfat edəndə qoz ağacından tabut düzəltsinlər. İçərisini tüllə bəzəsinlər, məni ora qoysunlar. Qurd-quşdan qorxuram. Yaxınlarım, hamı qulaqlarını açıb vəsiətimi yaxşı eşitsin. Biz hamımız bu torpaqda qonağıq. Həyatın dəyişməsi gözlə-qaş arasındadır. Bizim nə qədər sənətkarımız son vaxtlar dünyasını dəyişdi”.

İ.Quliyeva plastik əməliyyat etdirəcəyini də bildirib:

"İki ayağımdan üç dəfə əməliyyat keçirdim. İndi özümü super hiss edirəm. 4 ay Bakıda olmadım, efirlərə çıxmadım. Yaşa dolduqca insan kifirləşir. Amma mən yaşlandıqca lap yaxşı oluram, özümdən xoşum gəlir. Hətta deyirəm ki, mənim 35 yaşım var. Xanım 40-dan sonra təravətlənir. Əməliyyat etdirməmişəm, amma etdirəcəyəm. Piylərimi götüzdürəcəyəm".







Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net