"Vəziyyətim yaxşı deyildi" - Şeyx Əbdül
Tarix: 10-10-2015, 14:40 |
Çap et
Əməkdar incəsənət xadimi, kinorejissor Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb.
Axşam.az-ın məlumatına görə, Ə.Mahmudbəyov "Report"a açıqlamasında deyib ki, bir müddət əvvəl sağlamlıq durumu pisləşib və Gürcüstanda müayinə və müalicə olunub:
"Hələ cavan yaşlarımdan mədə xorasından əziyyət çəkirəm. 52 ildir kino sənətindəyəm. Kino sahəsində çalışanlarda mədə xorası xəstəliyinə tez-tez rast gəlinir. Bu, qeyri-stabil qidalanmadan yaranır. Bu yaxınlarda mənə möhkəm soyuq dəydi. Bundan sonra vəziyyətim ağırlaşdı. Mədəmdə qanaxma oldu. Gürcüstanda kino xadimləri arasında çoxlu dostlarım var. Onların sayəsində Tbilisidə özümü ən yaxşı həkimlərə göstərdim. Müayinə və müalicə olundum. Şükür Allaha, indi yaxşıyam. Amma həkimlər müalicələr tam nəticə verməsə, noyabr-dekabrda əməliyyat olunmağımı məsləhət görüblər".
Ə.Mahmudbəyov son aylar ev problemi ilə bağlı stress keçirdiyini və səhhətinin pisləşməsinin, xəstəliyinin yenidən baş qaldırmasının bununla bağlı olduğunu bildirib.