"Amma hər kəsin mənim kimi bəxti olacağına inanmıram"
Tarix: 2-10-2015, 10:06 | Çap et
"Amma hər kəsin mənim kimi bəxti olacağına inanmıram"
20 oktyabrda təqdimat günü, 21 oktyabrda tamaşaçılarıyla görüşəcək Türkay Azərinin “Günəşi oyadanlar ölməzlər” filminin baş qəhrəmanlarından biri olan Şahin Allahverdi filmin çıxacağı günü bütün heyətlə səbrsizliklə gözləyir. Vertikal.az Şahinlə söhbəti təqdim edir:

- Şahin sizi tanıyaq.
- Mən 1988 ci il təvəllüdlü Şahin Allahverdiyev.Orta təhsilliyəm.Ən byük arzumsa yaradıcı sahədə işləməkdir.Şükür bu günə.

- Bu sahədə nə addım atmısız?
- Təbii ilk öncə təhsil almaq lazım idi.Amma mən hər kəs kimi bəhanə etmədim.Qabiliyyət imtahanıdan sağ əlimdə problem olduğu üçün,düşündülərki yararsızam.Bu bəzi Azərbaycan xalq artistlərinin fikirləri idi.Düzdü onlara rəğbətim böyük idi.Lakin toyda tamadalığa başlayandan sonra,beyin iflici keçirdiklərini anladım.Həvəsimdən qalmadım.Universitetdə bir yaxınımınVaqif Rəşidovun dərslərinə gedib gəlirdim.Hərçənd ora qəbul olan istedadlı bildiyimiz bəzi tələbələri,universitetin bufetində vaxt öldürürdülər.

- Musiqiylədə məşğul olmusuz?
- Bəli replə.Lakin elədə uğur əldə etmədim səhnədə.
Amma bütün hadisələrdə burdan başlandı.Hüseyin Dərya ilə tanış oldum.Dostlaşdım.Oda məni bir dostu ilə tanış etdi.Dedi,get kömək edəcək,əlindən gələni,rəhmətlik.Türkayında hobbisi rep idi.Beləcə 2010 cu ildən dostlaşdıq.İlk vaxtlada səs operatorluğunu,sonra səs texnikasını,əl əxsusda səs rejissorluğunu öyrəndim.Bir çox klip və reklamlarda işlədik.Çox keçmədiki Temp Productionun səs rejissoru oldum.İşdə çox ciddi olsaqda,həyatda çox səmimi dostlarıq.Aktyor oyununa həvəsimi çoxdan bilirdi Türkay.Bir gün dedi ki, sabah ofisə gəl,kastinqdir,artıq sual vermə.Məgərsə artıq filmdə mənim xarakterimi yazıbmış.Hər kəsin içində elə davrandıki,sanki məni birinci dəfədir görür.Başqalarına necə,mənədə elə.Keçdim,bəyənildim.Bizi,4 aya yaxın bir uzun yol gözləyirdi.Həm dost kimi,həm səs operatoru kimi,həmdə aktyor kimi.Təbii yaradıcı ruhlu insanlar çox səmimi olur deyə,o mənə talessemiya xəstəsi obrazını göstərmək missiyasını vermişdi.Məşqlərindədə çox acımasız idi,hər detal hər jest hər mimika dəfələrlə təkrar olunurdu.Yadıma düşəndəki,bəzi yoldaşlarımız bir serialı 3 saata çəkir məşqsiz,mən özümdən şübhələnirdimki yəni bütün heyyət bu qədərmi zəifdi.Təbii ki,peşekar iş çox vaxt və əziyyət aparır.

- Çəkiliş prosesiniz necə oldu?
- Açığına yaddaşımda unutqanlıq var.Amma o həddə məşqlər etmişdimki,gecə saat 2 dədə bu işi yuxudan ayılıb görə bilərdim.Axşam saat 11 olardı.Qaraçuxurda bir evdə çəkilirdim.Səsi isə köməkçi yazırdı.Türkay qanı-qara var-gəl edirdi.Diqqət,son 5,Xlapuşka,Çəkirik sözünü eşitdim. Və çəkiliş başladı.Açığına özümdə həyəcanlandım.Buna baxmayaraq 3 dubla Türkay Stop,çəkdik dedi.Dəfələrlə soruşdum,nə oldu?narazısanmı?
Əksinə artıq istədiyini almışdı,məndən.

- Öz oyununuza baxmısınızmı?
- Hə montajda baxdım,birlikdə kövrəldik Türkayla.

- Filmdən nə gözləyirsiz?
- Ancaq uğur.

- Təhsili olmayan və bu işlə məşğul olan insanlara sözünüz?
- Məndə hər şey bu cürə alındı.Əl zədəm İncəsənət universitetinin qabiliyyət imtahanında bəyənilməsədə,ödənişli kurslar keçdim.Praktikam işlədikcə artdı.Amma hər kəsin mənim kimi bəxti olacağına inanmıram.Təhsil alsınlar.

- Bu film çəkildikdən sonra təklif olubmu?
- Hə Türkay yeni reklam işindədə çəkdi məni.

- Gələcəklə bağlı planlarınız nədir?
- Açığına deyimki,mən çox kaprizli biriyəm.Hər adam mənimlə yola getməz.Odurki,ancaq anlayışlı dostların əhatəsindəyəm.Təbii yeni ideyalarımız var.Görəcəksiz ümüd edirəm.

- Son söz olaraq nə demək istəyirsiz?
- Əgər səbəbi sizdən asılı olmayan,qüsur saydığınız əskikliyiniz olduğunu düşünsəz,o zaman çıxın baxın insanlar sağlam,gözəl ola ola nə əskikliklər edir.O zaman anlayarsızki,əslində hər şey belə olmalıydı.Necə deyərlər.İnsanlar çılpaqdır bir qitədə paltar yox.Digər qitədə paltar çox insan yox.Bu qədər çox sağ olun.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net