Toyuna hazırlaşan Namiq Qaraçuxurlunun evli olduğu ortaya çıxdı
Tarix: 15-09-2015, 09:25 | Çap et
Toyuna hazırlaşan Namiq Qaraçuxurlunun evli olduğu ortaya çıxdı
Toyuna hazırlaşan, kimə dəvətnamə verib-verməyəcəyini götür-qoy edən meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı xəbər yayılıb.

Vertikal.az xəbər verir ki, Show.az redaksiyasına daxil olan məlumatda sənətçinin artıq evli olduğu ortaya çıxıb.

Etibarlı mənbə, israrla bildirirdi ki, Namiq hələ ötən il 30 yaşlı bir xanımla ailə həyatı qurub. Toyunu İstanbulda gizlicə edən meyxanaçının xoş günündə yalnız ailə üzvləri iştirak edib. Mənbənin dediyinə görə, Namiq çox xoşbəxtdir və artıq bu izdivacdan onun qızı da dünyaya gəlib. Şahidlərin dediklərinə görə, Namiq Qaraçuxurlu boş vaxtlarını yalnız qızı ilə keçirir.

O ki qaldı onun Bakıda toy edəcəyi xəbərinə bu da sənətçinin yaxın dostları üçün keçirəcəyi məclis olacaq.

Məsələni Namiq Qaraçuxurlunun özü ilə dəqiqləşdirmək üçün dəfələrlə onunla danışmaq istəsək də prodüseri " o özü sizə zəng edər" dedi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net