"Hovuzda boğulurdum, məni atam xilas etdi"
Tarix: 9-09-2015, 10:18 | Çap et
"Hovuzda boğulurdum, məni atam xilas etdi"
Gecce.az xəbər verir ki, teleaparıcı Samirə Mustafayevanın qızı Nuranə Mustafayeva Show.az-a anası haqqında bunları danışıb:

* Bu yay Bodrumda istirahət etdik. Mən dənizi çox sevirəm. Suyun altında da üzürəm. Amma anam üzə bilmir. Hərdən fikirləşirdim ki, anam dənizdə batsa mən onu xilas edərəm. Amma özüm otelin hovuzunda boğulurdum... Birdən-birə hər yerim keyidi. Anam məni görəndə özünü itirdi, ancaq qışqırırdı. Atam isə tez özünü hovuza atıb, məni xilas etdi.

* Mənim ürəyim nə istəyirsə anam alır. Bircə çipsdən başqa... Bir dəfə yedim, zəhərləndim... ondan sonra çips mənə qadağandır.

* Bizim evdə yeməkləri nənəm bişirir. İndi biz başqa yerdə qalırıq, öz evimizdə təmir gedir. Mən də evdə yeməyə heç nə tapmıram. Soyuducunu açıram... ancaq peçenye və şokolad var. Anam qonaq gələndən-gələnə nəsə bişirir. Atam da ancaq restoranda yeyir. Amma anamın başına "interesni" nəsə gələndə bişirir.

* Anamın boş vaxtı olan kimi mənimlə gəzməyə gedir. Demək olar ki, hər yerdə bir oluruq. Yaxşı ki, mən evin tək uşağıyam. Mənə deyirlər ki, mama sənə bir dənə qaqaş alsın. Heç vaxt qaqaş istəməmişəm. Bacı isə... bəlkə ona razılıq verərəm.

* Sırğa taxmağı xoşlayıram. Bu sırğalarımı da mamanın padruqasının əri alıb Yeni ildə...

* Dərslər başlayır, amma mən hələ də kuklalarımla oynamaq istəyirəm. Atam az qala mənə hər gün kukla alır.

* Mən qaranlıqdan qorxuram. Yatanda da işıq yanır.

* Məktəbdə hamı bilir ki, mən Samirənin qızıyam. Uşaqlar hər səhər gəlib mənə deyirlər ki, ananı televizorda göstərdilər. Mən də deyirəm, hə... bilirəm də...

* Mamam çox işləyir. Hərdən deyir ki, başım ağrıyır, mən də öpürəm, sağalır. Ayaqları ağrıyanda isə papam onun ayaqlarını masaj edir...

* Həmişə istəmişəm ki, itim olsun. Bizim bir avçarkamız vardı, mənim üstümə cumdu, mən də qorxdum. Ona görə də papamın dostu var Füzuli əmi, gəlib onu apardı. İndi papam söz verib ki, mənə "sabaçka" alsın.

* Böyüyəndə həkim olacam. Mamama elə dərmanlar verəcəm ki, o heç vaxt qocalmasın.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net