Brilliantdan Nisəyə cavab: "Məni təhqir edir..."
Tarix: 7-09-2015, 10:08 | Çap et
Brilliantdan Nisəyə cavab: "Məni təhqir edir..."
Xalq artisti Brilliant Dadaşova həmkarı Nisə Qasımovanın onun ünvanına dediyi sözlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, N.Qasımova “Yalvarıram” mahnısı ilə bağlı fikirlərini bölüşərkən, onun ilk ifaçısının özü olduğunu demişdi.

O, B.Dadaşovanın ünvanına “Bu mahnının ilk ifaçısı mənəm. Bəzi müğənnilər nəzərə alsınlar. Mənim mahnılarımı başqalarının və ya öz adlarına çıxırlar. Susduqca irəli gedir” deyə, bildirmişdi.

B.Dadaşova həmkarının ittihamlarına “Onlar”da cavab verib. O, N.Qasımovanı onu təhqir etməkdə günahlandırıb:

“O mahnını Gülər bizim bağda bəstələmişdi. İlk ifaçısı olmasam da, yazılmasına dəstək vermişəm. Sabir Rüstəmxanlının yubileyi ərəfəsində Gülərə dedim ki, “Bəstəni Nisə Qasımova oxusun”. İllər keçdi, Gülər təklif etdi ki, istəyirəm sən səsləndirəsən. Mən də Samir Bağırovla birlikdə oxudum. Heç kimlə aramda inciklik yoxdur. Kim belə küsülülük yaradırsa, öz işidir. Dəfələrlə demişəm, mən tərəfdən o xanımın ünvanına təhqir olmayıb. Kimsə məni təhqir edirsə, zaman gələcək özü başa düşəcək ki, səhv edir”.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net