İki məhşur tələbələrinə görə, canlı efirdə mübahisə etdi: "biyabırçılıqdı"
Tarix: 2-09-2015, 10:26 | Çap et
İki məhşur tələbələrinə görə, canlı efirdə mübahisə etdi: "biyabırçılıqdı"
"Azərbaycanın Səsi" tele yarışmasında iki münsif - Nisə Qasımova və Elton Hüseynəliyev tələbələrinə görə, canlı efirdə mübahisə etdilər. Canlı ifa zamanı qüsura yol verən tələbələrin çıxışını "biyabırçılıq" adlandıran Eltona Nisə xanım da onun tələbəsi üçün eyni sözü dedi. Nisə xanınım sözünü yarıda kəsən Elton onun tələbəsinin çıxışına bu cür etiraz etdi:

"Sizin türk tələbəniz Davudu mən ifaçı saymıram. Nisə xanım, janr başqa şeydir, stil başqa şey. Janrın məktəbi var. Mən İncəsənət universitetində təhsil almışam və estrada janrını mənimsəmişəm. Davudun bir stili var, səsini əsdirərək oxuyur. Günayı bir çox müsabiqəyə göndərmək olar. Amma inciməyin, Davudu oxuyan saymıram, Davudun oxuması biyabırçılıqdır. Stil ayrıdı. Bu gün Azərbaycanda Ədalət Şükürovun, Üzeyir Mehdizadənin stili var. Hamı stili ilə tutuzdurub və kütlə onu qəbul edir. Amma janrla oxuyanı hər adam qəbul etmir. Teymur Əmrahın janrı var, onu hər adam sevmir, musiqini başa düşən adam sevir".

Eltonun çıxışını yarıda kəsə bilməyən Nisə xanım əsəbi şəkildə gənc həmkarına etirazını bildirdi: "Bağışlayın Elton müəllim, siz danışın, biz susaq, Sən o ifaçılara söz deyib, özünə bəraət qazandırma".

Mübahisənin sonunda Nisə xanım əsəbi halda Eltonun tələbəsinin deton çıxışına belə bir fikir söylədi: "Biyabırçı sənin tələbələrin idi, deton başqa şeydi, sənin tələbələrin altı kilo metr aşağı getdi" - deməklə mübahisəyə aparıcı Afaq Gəncəlinin müdaxiləsi ilə son qoyuldu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net