Lamiyənin 8 illik verilişində dəyişiklik
Tarix: 1-09-2015, 09:52 | Çap et
Lamiyənin 8 illik verilişində dəyişiklik
Aparıcı Lamiyə Ələkbərqızı sentyabrın ilk günündən etibarən “Lider” telekanalında tamaşaçıların görüşünə gələcək.

Axşam.az-ın məlumatına görə, aparıcı 8 yaşlı "Həyat tərzi" proqramını yeni formatda ərsəyə gətirib. O, verilişin canlı yayımlanacağını bildirib:

"Bu gün sevincimin həddi-hüdüdu yoxdur. İkinci ailəm hesab etdiyim doğma “Lider” kanalı düz 15 illiyini qeyd edir. Telekanallar sırasında öz birinciliyini qoruyub-saxlamağı bacaran media şirkətində çalışmaq mənim üçün qürurvericidir. Sevinirəm ki, yenilənmiş "Həyat tərzi" verilişimiz ad günümüz ərəfəsinə təsadüf edir. Biz reytinq naminə yox, tamaşaçıya pozitiv əhval-ruhiyyə bəxş etmək üçün həftə içi 5 gün efirdə olacağıq. Saat 14.30-dan 16.00-dək yayımlanacaq proqramın quruluşçu rejissoru Mahir Ərdəbilli, redaktoru Rövşən İlknuri, rejissoru Aydın Hüseynli, prodüseri Zərifə Rafiqqızıdır. Əminəm ki, mənim təqdimatımda "Həyat tərzi" yeni televiziya mövsümü boyunca tamaşaçı rəğbəti qazanacaq".

Qeyd edək ki, veriliş sentyabrın 2-dən etibarən yayımlanacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net