Aygün Kazımova yenə dəyişdi – fotolar
Tarix: 12-08-2015, 10:44 | Çap et
Aygün Kazımova yenə dəyişdi – fotolar
Xalq artisti Aygün Kazımova imicində yenə dəyişiklik edib.

Axşam.az-ın məlumatına görə, müğənni tünd saçlarını açıq rəngə boyayıb, onları uzadıb.

Bir müddətdir Türkiyədə olan A.Kazımova ötən gün Bakıya qayıdıb. O, avqustun 21-də baş tutacaq konsertinin hazırlıqlarına başlayıb.

Qeyd edək ki, A.Kazımova açıqlamasında konsertdə səhnəyə tam fərqli imicdə çıxacağını bildirmişdi.

Nahid Emiloğlunun təşkil etdiyi konsert “Mambo” istirahət mərkəzində baş tutacaq. Müğənni səhnədə sevilən mahnıları ilə yanaşı, bir sıra yeni bəstələr də oxuyacaq. Konsertdə xalq artistini yerli və əcnəbi rəqqaslar müşayiət edəcək.

Aygün Kazımova yenə dəyişdi – fotolar
Aygün Kazımova yenə dəyişdi – fotolar





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net