“Ayrılıqlara nifrət edirəm” - Namiq
Tarix: 28-07-2015, 11:38 | Çap et
“Ayrılıqlara nifrət edirəm” - Namiq
Meyxanaçı Namiq Qaraçuxurlu uzun fasilədən sonra yenidən sosial şəbəkəyə qayıdıb.

Axşam.az-ın məlumatına görə, yeni fotolarını paylaşan sənətçi darıxdığını bildirib:

“Əzizim səhnə, sənin və səninlə məni sevənlərim üçün çox darıxmışam. Məni səndən izləyənlərə, sevgi ilə səsləyənlərə dərindən təşəkkürümü bildirirəm. Səbrli olmalarını istəyirəm. Sevənlərimdən ayrılmağımdan 40 gün keçdikdən sonra görüşəcəyik. Ayrılıqlara nifrət edirəm”.

Qeyd edək ki, N.Qaraçuxurlunun nənəsi dünyasını dəyişib. Buna görə də sənətçi uzun müddətdir ki, sosial şəbəkədə heç bir foto paylaşmırdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net