Aygün Kazımova: "Sürpriz o olacaq"
Tarix: 20-07-2015, 10:28 | Çap et
Aygün Kazımova: "Sürpriz o olacaq"
Xalq artisti Aygün Kazımova Instagram sosial şəbəkəsində marağa səbəb olacaq paylaşımlar edib. O, gecə ilə konsert təşkilatçısı Nahid Emiloğlu ilə şəkil paylaşaraq “Tezliklə” şərhini əlavə edib.

Bu haqda əlavə heç bir məlumat verməyən super ulduz, ardınca Bolqar əsilli dünya şöhrətli müğənni Azisin Bakı konsertinin biletlərinin və konsertin təşkilatçısı Samir Xəttabla şəklini paylaşıb. Fotonu isə o “Mən də ordayam, bəs siz?” şərhi ilə yerləşdirib.

Məsələ ilə bağlı ANS PRESS xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. O, konsertdə özəl qonaq qismində iştirak edəcəyini bildirib:

“Bəli, mən Azisin konsertinin özəl qonağıyam. Sizi orada surpriz gözləyir. İndidən heç nə demək istəmirəm. Bütün sürprizi iyulun 25-i, konsertdə görəcəksiniz”.

Qeyd edək ki, daha öncə Azisin səhnəni gənc müğənni Ayan Babakişiyeva ilə böləcəyi barədə məlumatlar yayılmışdı. Lakin bir müddət öncə A.Babakişiyeva bolqar müğənni ilə eyni səhnəyə çıxmaqdan imtina etdiyini açıqlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net