"Maskalanan, yalan danışan müğənnilər..." - Rəqsanə
Tarix: 10-07-2015, 13:27 | Çap et
"Maskalanan, yalan danışan müğənnilər..." - Rəqsanə
Müğənni Rəqsanə İsmayılova uzun müddətdir gündəmdən uzaqlaşan həmkarı Samir Bağırovun həyatından veriliş hazırlayacaq.

Sənətçi bu haqda Axşam.az-a açıqlamasında xəbər verib:

“Sentyabrdan ikinci verilişim olacaq. Hər buraxılış bir ifaçının həyatını əks etdirəcək. Maskalanan, yalan danışan müğənnilər orada yer almayacaq. İlk buraxılışımızda Samir Bağırov qonaqdır. Onun həyatı ilə bağlı maraqlı faktlar açılacaq".

R.İsmayılova son vaxtlar aparıcıların canlı efirdə xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirib:

“Mən veriliş aparanda hər kəsə xəbərdarlıq etdim ki, peşəkar aparıcı deyiləm. Komandam bilir ki, çox ciddiyəm. Çalışıram hər şeyi qüsursuz təqdim edim. Mənim verilişim çəkilir, montaj edilib təqdim olunur. Canlı olsaydı Allah eləməsin, bəlkə mənim də ağzımdan nəsə xoşagəlməz söz çıxa bilərdi. Dostlarımın yaşadıqlarına üzülürəm. İstəməzdim Səidəni (müğənni Səidə Sultan –red.) efirdən uzaqlaşdırsınlar, xəbərdarlıq edərdilər. Səidənin arxasında heç kim durmur. Öz qazancı ilə özünü saxlayır”.

Bir neçə gündən sonra İstanbula yollanacaq müğənni orada 3 klip çəkdirəcək. O, eyni zamanda albomunu da hazırlayacağını bildirib:

“Kliplərimi türkiyəli rejissor lentə alacaq. Ssenari, geyimlər hazırlanıb. Vertolyotda çəkəcəyik. Çox maraqlı olacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net