Abbasın toyu olacaq
Tarix: 7-07-2015, 10:16 | Çap et
Abbasın toyu olacaq
Əməkdar artist Abbas Bağırov toya hazırlaşır.

Vertikal.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Star life” verilişinə açıqlamasında deyib.

O, məclisin mediaya qapalı olacağını deyib:

“Toy haqda geniş danışmaq istəmirəm. Şəxsi həyatımın, ailəmin içinin mediada işıqlandırılmasını sevmirəm. Mənim mülküm, avtomobilim gündəmə gəlməz. Könül Kərimova toyla bağlı hər şeyi bilir. Ona etibar edirəm deyə, açıqlamışam. Qeyri-adi bir toy olacaq. Məclisdən müəyyən görüntüləri efirlərə təqdim edəcəm ki, xəbərləri olsun”.

Qeyd edək ki, bu, müğənninin ikinci evliliyi olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net