
Müğənni Gülbən Ərgən telejurnalist həyat yoldaşı Ərhan Çəliklə yeni aldıqları avtomobillə gəzintiyə çıxıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlük 300 min lirəlik (təxminən 117 min manat) “Cip”ləri ilə obyektivlərə tuş gəlib. Avtomobildə əl-ələ tutan Gülbənlə əri daha sonra kabab yeməyə yollanıblar.
