Elza Seyidcahan kimsəsiz uşaq evində
Tarix: 2-06-2015, 11:00 | Çap et
Elza Seyidcahan kimsəsiz uşaq evində
Əməkdar artist Elza Seyidcahan kimsəsiz uşaq evinə yollanıb.

Axşam.az-a açıqlama verən müğənni 1 İyun Uşaqların Müdafiə Günü münasibətiylə onlara hədiyyələr apardığını deyib:

“Uşaq evinə tez-tez gedirəm. Valideyn qayğısından məhrum olan körpələri sevindirmək savabdır. Onlar üçün şirniyyatlar, başqa hədiyyələr apardım. Körpələr məni çox istəyirlər, hətta ana deyirlər. Onlar üçün piano ifa etdim. Adil adlı əlil bir uşaq var. Qüsurlu olmasına baxmayaraq, çox ağıllıdır. Orada bir qıza Elza adı qoymuşdular. İndi onu övladlığa götürüblər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net