Sima "İşte benim stilim"dən gedişinin əsl səbəbini açıqladı
Tarix: 26-05-2015, 09:41 | Çap et
Sima "İşte benim stilim"dən gedişinin əsl səbəbini açıqladı
Türkiyənin “İşte benim stilim” moda yarışmasının qalmaqallı iştirakçısı, azərbaycanlı model Sima Şərafətdinova verilişinin gedişinin əsl səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, bu haqda sosial şəbəkədə yazan Sima bunları qeyd edib:

“Son açıqlamamı yazıram. 8 həftə dözdüm, təhqir etdilər, məni alçaltdılar. Azərbaycanlı it, yalançı oldum. Həmişə ayaqda qaldım, cavablarını verdim. Amma niyə verilişin bitməyinə 4 həftə qalmış, oranı tərk etdim? Çünki yarışmaçılardan biri başıma ayaqqabı atdı. Oradakılar isə buna əhəmiyyət vermədilər. O, qıza heç kim nəsə demədi. Hətta özünü mənə qarşı müdafiə də etdi. Ayaqqabını atdığı zaman mən də onun ünvanına təhqirlər dedim. Bu normaldır. Kimsə başınıza ayaqqabı atsa, ona söyərsiniz. Deməli, o ayaqqabı mənim başımı yaralasaydı heç kim önəm verməyəcəkdi? Axı Sima balacadır, iki gündən sonra unudacaq. Orada mənim üçün təhlükəli olduğuna görə atam yaradıcı heyətlə danışdı. Onlar isə heç bir günahları olmadığını, bu işə qarışmadıqlarını bildirdilər. O cür insanlardan hər şey gözləmək olar. Bir televiziya proqramı üçün dəyməzdi. Buna görə də getdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net