“Şöşü” ləqəbi ilə tanınan məşhur aktyor Ramil Babayev uşaqlıqda itkin düşərək Kiyevə qaçmasından danışıb.
Bu barədə o, ATV-də yayımlanan “Bir balaca oyun” verilişində qonaq olarkən söz açıb.
Uşaq vaxtı çox dəcəl olduğunu vurğulayan aktyor babasıgilə getmək məqsədilə gizlicə mindiyi vaqonla yanlışlıqla Kiyevə qədər gedib çıxdığını vurğulayıb:
“Mənim şəklimi “evdən çıxdı və bir daha geri qayıtmadı” qeydi ilə AZTV-də göstərmişdilər. O vaxt da telefon yox idi ki, zəng edəsən. Hər yerdə məni axtarırdılar, itkin düşmüşdüm”.