Dövlət Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni üçün tədbirlər görür - YENİLƏNİB-1
Tarix: 11-03-2022, 17:39 | Çap et
Dövlət Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni üçün tədbirlər görür - YENİLƏNİB-1

Xalq yazısı, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür.

APA xəbər verir ki, cənazənin nə vaxt gətiriləcəyi, nə vaxt və harada dəfn olunacağı hələlik məlum deyil.

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda deyilir:

“Moskvadan çox pis xəbər aldıq... Uzun sürən xəstəlikdən sonra, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. Əlvida ustad! Əlvida kinomuzun ən böyük dostu! Əlvida əziz həmkar!”

Xalq yazıçısı Rüstəm İbrahimbəyov vəfat edib.

Bu barədə APA-ya kinorejissor Tahir Tahiroviç məlumat verib.

O, dünən axşam Moskvada dünyasını dəyişib.

R.İbrahimbəyov Azərbaycanda dəfn olunacaq.

Qeyd edək ki, R. İbrahimbəyovun vəfatı xəbərini ilk olaraq “Yeni Zaman” qəzeti yayıb.

R.İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub.

O, Azərbaycan Neft və Kimya İnstitutunu, sonralar isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarını bitirib.
Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

1989-cu ildə əsası qoyulan “İbrus” (İB-İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. O, 1981-ci ildən Azərbaycan Kinematoqrafiyaçılar İttifaqına sədrlik edib.

15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarında tamaşaya qoyulub.

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən yaxşı xarici dilli film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

R.İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" isə 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi seçilib.

Həmçinin onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net