“Deyirlər ki, yazıq arvadı, dərdi böyükdür” – Nadir Qafarzadə
Tarix: 22-07-2021, 13:03 | Çap et
“Deyirlər ki, yazıq arvadı, dərdi böyükdür” – Nadir Qafarzadə
Müğənni Nadir Qafarzadə”Xəbər-ətər” verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc ilə duet ortağı Ayan Babakişiyevanın münasibətlərindən danışıb.

Nadir bildirib ki, həyat yoldaşı Ayanı qısqanmır və onun sənəti ilə bağlı işlərə qarışmır:
"Həyat yoldaşım sənət həyatıma qarışmır. Onu maraqlandırmır bizim şou-biznes. Onun öz dünyası var. O hazırda bazarlıq etməklə, oğlunu evləndirməklə məşğuldur. Başı ailəyə qarışan insanları sevirəm. Anlayışlı xanımdır. Birdən aktyor olardım, gündə bir xanımla səhnə bölüşərdim. Onda gərək hər gün boşanardıq? 28 ildir birlikdəyik. Amma bəzi şərhlər var ki, ürək bulandırır. Yazırlar ki, "Yazıq arvadı, nələr çəkir. Onun dərdi böyükdür". Sizin nəyinizə lazımdır? Onun dərdi yoxdur".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net