"Ağdama getsəm də atamın dəfn olunduğu qəbiristanlığı dağıdıblar, məzar daşları yerlə-yeksan edilib"
Tarix: 10-03-2021, 10:52 | Çap et
"Ağdama getsəm də atamın dəfn olunduğu qəbiristanlığı dağıdıblar, məzar daşları yerlə-yeksan edilib"

“Ən əsası torpaqlarımızın o mənfur düşmənin tapdağından azad edilməsi idi, buna da nail olduq...”

“Ermənilər torpaqlarımızda daş üstdə daş qoymayıblar, hər yeri xarabalığa çeviriblər. Bir sözlə, orda quru torpaqdan başqa heç nə yoxdur”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Təyyar Bayramov deyib. Xanəndə düşmənin qəbirlərimizi belə məhv etdiyini bildirib:

“Ermənilər torpaqlarımızda daş üstdə daş qoymayıblar, hər yeri xarabalığa çeviriblər. Bir sözlə, orda quru torpaqdan başqa heç nə yoxdur. Evlərimizi dağıdıblar, məscidlərimizi təhqir edərək donuz saxlayıblar. Qəbiristanlıqlarımızın çoxunu məhv edib yerində taxıl əkiblər. Ağdama bir dəfə səfər etmişəm və onda da atamın dəfn olunduğu qəbiristanlığa gedə bilmədim. Çünki hər yer minalanmış sahədir. Həmin qəbiristanlığı da dağıdıblar, amma ən azından qəbirlər yerindədir, məzar daşları yerlə-yeksan edilib. İnşallah növbəti səfərlərimizdə atamın məzarını ziyarət edəcəm”.

Xanəndə hazırda yeni mahnılar üzərində işlədiyini bildirib:

“Hazırda çəkilişlərimizə davam edirik. Yeni mahnılar üzərində işləyirik və çox maraqlı layihələrimiz var. “Şuşa” adlı yeni mahnımız üzərində işləyirik. Hər şeyi hazır edəndən sonra tamaşaçılarımıza təqdim edəcəyik. Şükür Allaha ki, biz o torpaqlarımızı işğaldan azad etdik. Ən əsası torpaqlarımızın o mənfur düşmənin tapdağından azad edilməsi idi və buna da şükür Allaha Ali Baş Komandanın və şanlı ordumuzun sayəsində nail olduq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net