Tanınmış meyxanaçıya qarşı dələduzluq - 8 Mart günü restoranda....
Tarix: 6-03-2021, 07:14 | Çap et
Tanınmış meyxanaçıya qarşı dələduzluq - 8 Mart günü restoranda....
Meyxanaçı Namiq Qaraçuxurluya qarşı dələduzluq edilib.

KONKRET.az xəbər verir ki, bəzi restoranlar Namiqin 8 Mart günü orada çıxış edəcəyi haqda anons yayıblar. Meyxanaçı belə bir halın olmadığını özünün “instagram” hesabında deyib:

“8 Mart münasibətilə bir çox restoranlarda konsertlər təşkil olunur. Bəzilərində mənim adım hallanır. Heç bir konsertdə çıxış etməyəcəm. Məlum səbəblərdən fəaliyyətimi dondurmuşam. Nə vaxt çıxış edəcəmsə, özüm açıqlayacam. Mənim üçün narahat olanlara sonsuz təşəkkürümü bildirirəm. Məncə, yaxın zamanda görüşəcəyik. Amma o zaman bu zaman deyil”.

Qeyd edək ki, Qaraçuxurlu bir müddət əvvəl yaradıcılığını dondurduğunu açıqlamışdı. O bildirib ki, buna səbəb Vətən müharibəsində şəhid olanlardır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net