Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə virtual satış sərgisi davam edir
Tarix: 8-11-2020, 10:23 | Çap et
Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə virtual satış sərgisi davam edir


Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə rəssamların virtual satış sərgisi davam edir.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşıb. Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndirilir. Sərgi xoş əhval-ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.

Satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net