Türkan canlı efirdə ağladı: “BDU-ya qəbul olsam da, pulsuzluqdan təhsilimi davam etdirə bilmədim” - FOTO
Tarix: 21-05-2020, 10:30 | Çap et

“Təhsil almaq istəyirəm. Oxumaq üçün hələ gec deyil, yaşım keçməyib. Bakı Dövlət Universitetinə (BDU) qəbul olsam da, oxumamışam”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “ATV” telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən deyib.





Sənətçi ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün təhsil ala bilmədiyini söyləyib:

“Diplom işim də yarımçıq qalıb. Universitetə getməməyimin səbəbi ailəmin maddi imkanının yaxşı olmaması idi. Ödənişli ixtisasa qəbul olunmuşdum, illik təhsil haqqını ödəyə bilmirdim. Bir neçə fəndən hazığa gedirdim. Hazırlıqların pulunu atam fəhlə işləyərək, çətinliklə verirdi. Bizim üçün çox çətin idi. Ailəm çox istəyirdi ki, təhsilimi davam etdirim. Ailəmizdə sıxıntılara görə oxumaq istəyimdən vaz keçdim. Başa düşdüm ki, atamın qazancı ilə bu, alınmayacaq.

BDU-nun Tarix fakültəsinə daxil olmuşdum. Çox heyfsilənirəm ki, təhsilimi davam etdirmədim. Yenidən təhsil ala bilərəm. Sənədlərimi Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə vermək istəyirəm”.



T.Vəlizadə ailə qurmamağını isə belə izah edib:

“Qazandığım pulu evə gedəndə heç zaman əlbəəl atama vermirəm. Bunu özümə sığışdırmıram. İstəmərəm ki, valideynlərim pis olsunlar. Müəyyən yerdə qoyuram ki, onlar götürsünlər. Ömrüm nə qədərdirsə, onlar üçün işləyərəm.

Hərdən mənə niyə ailə qurmamağımla bağlı sual verirlər. Cavab olaraq söyləyirəm ki, ailəmin tələbatlarını qarşılamadan gedib kiminsə evində rahat yaşaya bilmərəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net