Azərbaycanlı aktrisa belə “öldürüldü”
Tarix: 7-06-2018, 07:33 | Çap et
Azərbaycanlı aktrisa belə “öldürüldü”
Türkiyədə yaşayan tanınmış azərbaycanlı aktrisa Könül Nağıyeva “Diriliş Ertuğrul” serialından ayrılıb.

Serialda monqol Alanqoyanı canlandıran Könül Nağıyevanın rolu ötən gün yayımlanan seriyada bitib.

Mövsüm fasiləsinə çıxan serialın ötən günkü buraxılışında Alanqoya, Ertuğrulun anası Hayme Ana tərəfindən öldürülür.

Bu barədə aktrisa İnstagram hesabında da məlumat verib. O tamaşaçılara dəstəklədikləri üçün öz təşəkkürünü bildirib:

“Gözəl insanlar, şərhləriniz, reaksiyalarınız, arzularınız üçün çox təşəkkür edirəm. Rola gərəyi əsəblərinizi biraz gərdim. Amma sayənizdə çox stimul aldım, xoşbəxt oldum. Alanqoyanı sevmək çətindir, ancaq onun da inandığı həqiqətlər vardı, ona haqq verərək oynadım və sevdim. Təkrar sağ olun, var olun!”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net