“Biz onun cinsiyyətini bilmirik”
Tarix: 30-04-2016, 10:56 | Çap et
“Biz onun cinsiyyətini bilmirik”
“Artıq "Qardaşlar" serialı mövsümə bağlanır. Bir çox bölümləri çəkib bitirmişik. Mənim də ana olmağım məzuniyyət vaxtına düşür. Ona görə də, heç bir problem olmayacaq. Yeni sezonda yenidən tamaşaçı qarşısına çıxacağıq”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artist Tünzalə Əliyeva söyləyib.

Aktrisa bildirib ki, dünyaya gələcək övladının cinsiyyətini öyrənmək istəmir:

“Doğuş gününə kimi övladımın cinsiyyətini yoxlatmayacağıq. Biz onun cinsiyyətini bilmirik. Verən Allahdır, biz niyə əvvəlcədən yoxladaq? Həyat yoldaşımla bu barədə qərar qəbul etmişik Oğlan və ya qız olacağını bilmirik, bu səbəbdən də hər hansı bir ad düşünməmişik”.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net