"Elnarəylə Natavan mənə deyirdilər "çuşka"san, amma indi..."
Tarix: 19-02-2016, 09:40 | Çap et
"Elnarəylə Natavan mənə deyirdilər "çuşka"san, amma indi..."
Əməkdar artist Röya Ayxan “V Element” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı fəxri ad almasına hələ öyrəşmədiyini deyib:

“Əməkdar artist ab-havasında deyiləm. Hara getsəm, hamıya qışqırıram ki, məni “Əməkdar artist” kimi təqdim etməyin. Bu adı alanda ən çox ata-anama görə ağladım. Çünki mən müğənni olanda atam diz çöküb ağladı ki, “biz kasıbıq, bacarmayacaqsan”. Dedim, bacarmasam, Bakıdan köçüb gedəcəm. Bilirsiniz ki, valideynlərim boşanıb. Qardaşlarım şuluqluq edirdilər. Atama dedim, bacarmıram, get Türkiyəyə - anamın yanına. Anama da tapşırdım ki, ona qapını açacaqsan. Onlar 10 gün bir yerdə yaşadılar. “Əməkdar artist” adı alanda birlikdə idilər”.

Röya fəxri ad aldıqdan sonra özünə qoyduğu qadağalardan da danışıb:

“Əməkdar artist olandan sonra geyimlə bağlı qadağalarım oldu. Onsuz da, haramsa açıq olacaq. Ət göstərməsən, olmaz”.

R.Ayxan “W-trio” qrupundakı vaxtlarından da söz açıb:

“W-trio” vaxtı qızlar mənə lağ edirdilər. İngilis dilini bilmirdim. Deyirdilər “çuşka”san, pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Çünki həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay…(gülür). İngilis dilini bilməklə deyil ki… Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Sevgilim də var idi… Kişi məni çox danladı. Məni satmalarına pis oldum. Guya mən siqaret çəkməklə onlara ləkə gətirə bilərəm. Dedim, “Vaqif müəllim, mən gedirəm. Amma bilin ki, stollarda oxuyub pul qazanmayacağam. Kiminsə pulu ilə məşhurlaşmayacağam”. Dedi, sübut et. Əməkdar artist adı alanda Vaqif müəllim mənə kətə bişirdib gətirdi. İndi Elnarə, Natavanla münasibətim yaxşıdır. Hərənin öz ətrafı var”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net