Müğənni Kərim Abbasovun bacısının vəziyyəti pisləşib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda sosisal şəbəkədə yazıb:
“Dostlar, duanıza ehtiyacım var. Əsirgəməyin... Gecəm səhərə kimi xəstəxanada keçsə belə, yenə də Allahıma min şükür. Ay Allah gözümüzü yaşlı qoyma. Gülnarımı bizə və balasına bağışla, bacımı mənə qaytar. Qəm içindəyəm. İnanın ki, danışmağa taqətim qalmayıb”.