Həbsdə olan müğənni Deniz Sekinin "Eşkıya dünyaya hükümdar olmaz" serialındakı dünənki səhnələri maraqla qarşılanıb.
Axşam.az-ın məlumatına görə, keçən həftə seriala daxil olan ifaçı bu dəfə həbsdə yazdığı "Büyümüşsündür" adlı mahnını səsləndirib.
Qeyd edək ki, o, serialın yaradıcı heyəti - həbsxana arasında razılaşmadan sonra könüllü və qonorarsız şəkildə iki gün çəkilişlərdə iştirak edib. Xatırladaq ki, serialın baş rollarında Oktay Kaynarca və Deniz Çakır çəkilib.