Oksana: "Yanıldım..." - fotolar
Tarix: 25-11-2015, 10:54 |
Çap et
Rəqqasə Oksana Rəsulova Gürcüstana istirahətə yollanıb.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir dincəlməyə vaxt tapmayan sənətçi çox yorulduğunu etiraf edib:
“İstirahətə ehtiyacım olduğuna görə, qərar verdim ki, tək başına, öz fikirlərimlə bir yerdə harasa gedib dincəlim. Çox gözəl hissdir. Elə bilirdim ki, tənha istirahət yaramaz, amma yanıldım. Çox yararlıdır. Qədimi yerlərdə özümü daha yaxşı hiss edirəm. Axırıncı dəfə Gürcüstanda uşaqlıq dövrümdə olmuşdum. Bura möhtəşəm şəhərdi. Nəhayət 4 ay iş həyatından sonra dincəlməyə vaxt tapdım”.