Zaqatalada dindarlar Mübariz Qurbanlının işçisindən narazılıq edirlər
Tarix: 10-03-2015, 08:06 | Çap et
Zaqatalada dindarlar Mübariz Qurbanlının işçisindən narazılıq edirlər
Zaqatalalı dindarlar adınan şikayət məktubu almışıq. Vertikal.az-a daxil olan müraciətdə deyilir:

"Zaqatala sakinləri olaraq dərdimizi kimə deyək. Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala üzrə qazisi Hacı İbrahim İbrahimov dindarların dükanlarından xərac toplayır. Deyir "mənə ayda pul verməsəniz, sizin Nurçu olduğunuzu rayon rəhbərliyinə yazacam".

Biz nə nurçuyuq, nə filankəs. Biz Zaqatala Şafi məzhəbinə bağlı naqşibəndiyik. Zaqatala sakinlərinin 80 faizi dindardır. Bazarda və başqa dükanlardan Hacı İbrahim xərac toplayır. Vergi bir tərəfdən, indi də Hacı İbrahim.

Hacı İbrahim onsuz da çoxlu pul alırdı. Türkiyədə dini lider Cübbəli Əhməddən çox pul alır. Türkiyədə tez-tez onunla görüşürlər.
Cübbəli Əhmədin adamları Zaqatala Əli Abad kəndində dini mədrəsə də açıblar.

Kimə şikayət edək bilmirik.

Hacı İbrahim balaca qızı Gülcöhrəni, Özbəkistan Müxalif dini lideri Ömər Xanın oğlu ilə evləndirir. Ömər Xan Özbəkistandan qaçıb. Özbəkistanda İslam Kərimovu devirmək istəyirdi, alınmayıb. Hacı İbrahimlə Ömər Xan ailə dostudur. Ömər Xan Azərbaycana gələ bilmədiyi üçün may ayında toyu İstanbulda edəcəklər.
Toy mərasimini Türkiyədə Nəqşibəni Siyasi Partiya olan Nəcməddin Ərbakanın "Səadət " partiysı və Cübbəli Əhməd təşkil edir.
Hacı İbrahim bu qədər qaranlıq işlərə qarışıb, ona heç nə demirlər. İndi bizdən xərac toplayır. Yəgin toya hazırlıq edir.
Xahiş edirik bu məsələni gündəmə gətirin. Biz sizə çox inanırıq".


Vertikal bildirir ki, bu iddialarla əlaqədar fikri olanların da münasibətini yaymağa hazırdır...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net