ABŞ prezidentinin xüsusi nümayəndəsi Avropa liderləri və Zelenski ilə görüşəcək
Tarix: 13-12-2025, 10:25 | Çap et


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftəsonu Berlində Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" özəl mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Ağ Ev rəsmisi dekabrın 14-15-də Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələrlə müzakirə aparacaq.

Nəşr qeyd edir ki, Uitkoffu Berlinə göndərmək qərarı ABŞ Administrasiyasının Vaşinqton və Kiyev arasında sülh müqaviləsinin şərtləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq istəyini nümayiş etdirir.

Görüşlərdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts və onların müşavirlərinin iştirakı gözlənilir.

Xəbərdə o da vurğulanıb ki, daha əvvəl Avropa liderləri ABŞ-ın sülh planı ilə bağlı müzakirələri Trampın özü ilə aparmaq istəyirdilər.




Xəbərlər
 
 
18-01-2026 16:40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net