Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”
Tarix: 30-10-2020, 11:22 |
Çap et
Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb.