Azərbaycan bərpa olunan enerji sektoruna 500 mln. dollar investisiya cəlb edəcək
Tarix: 2-12-2021, 12:20 | Çap et
Azərbaycan bərpa olunan enerji sektoruna 500 mln. dollar investisiya cəlb edəcək

Yaxın aylarda müxtəlif layihələr çərçivəsində Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycanın nominal ev sahib olduğu CAREC-in (Central Asia Regional Economic Cooperation – CAREC) virtual Enerji İnvestisiya Forumunun (EIF) bağlanış hissəsində deyib.
Nazir qeyd edib ki, günəş və külək enerjisi sahəsində nəzərdə tutulan bu layihələrin ümumi gücü 470 MVt təşkil edəcək. Bundan əlavə, P. Şahbazov bildirib ki, yaxın vaxtlarda Azərbaycanda Enerji Səmərəliliyinin Təkmilləşdirilməsi Fondu da yaradılacaq.

Eyni zamanda, P. Şahbazov çıxışında 2030-cu ilə qədər enerji səmərəliliyinə sərmayələri üç dəfə artırmalısını lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Enerji İnvestisiya Forumu enerji sektoruna özəl sərmayələri təmin etmək üçün Mərkəzi Asiyanın aparıcı tədbiridir. 2030-cu ilə qədər (Çin istisna olmaqla) regionda enerji sektoruna təxminən 400 mlrd. dollar investisiya yatırılması lazımdır. Hökumətlər etiraf edirlər ki, təkcə dövlət sektoru bu maliyyə ehtiyaclarını ödəyə bilməyəcək və EIF regiona investorları cəlb etmək üçün əsas vasitə kimi fəaliyyət göstərir.

Forumda qeyd edilir ki, regionda köhnəlmiş infrastruktur, aşağı enerji qiymətləri, siyasi və tənzimləyici dəstəyin olmaması səbəbindən regional enerji səmərəliliyi aşağı səviyyədə olmaqda davam edir. CAREC regionunda yüksək enerji intensivliyini nəzərə alaraq, enerji səmərəliliyinin sürətləndirilməsi bazarda iqtisadi rəqabət qabiliyyətini artırmaq və karbon emissiyalarını azaltmaq üçün güclü, aşağı xərc tələb edən, yüksək təsirli tədbirdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net