Azərbaycanın cari əməliyyatlar balansının profisiti 5 dəfədən çox azalıb
Tarix: 14-09-2020, 15:49 | Çap et
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 5 dəfədən çox azalıb
Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında 598,2 mln. ABŞ dolları dəyərində profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956,4 mln. dollarlıq kəsir yaranıb, ehtiyat aktivləri 957,5 mln. dollar azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) tədiyə balansına dair dərc etdiyi hesabatda deyilir.

Qeyd olunub ki, bu dövrdə neftin bir barelinin orta qiyməti 41,9 dollar olub, qeyri-neft ixracı isə 6,1% azalıb.

Hesabat dövründə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5,1 dəfə azalaraq 598,2 mln. dollar təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik ifadədə 1,9 dəfə (2,8 mlrd. dollar) azalaraq 3,3 mlrd. dollar, qeyri-neft sektoru üzrə kəsir isə 12,1% (0,4 mlrd. dollar) azalaraq 2,7 mlrd. dollar məbləğində olub. Nəticədə cari əməliyyatlar balansında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. Profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net