"Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Tarix: 28-10-2021, 10:53 | Çap et
"Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Ronald Kuman tutduğu postdan ayrılıb.
Vertikal.az xəbər verir ki, bu barədə komandanın saytı məlumat yayıb.

Klub prezidenti Joan Laporta komanda İspaniya çempionatında "Rayo Valyekano"ya uduzmasından (0:1) sonra bu qərarı barədə Kumana məlumat verib.

Qarşılaşma oktyabrın 27-də baş tutub, yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub. Matçın 72-ci dəqiqəsində "Barselona"nın futbolçusu Memfis Depay penaltini dəqiq yerinə yetirə bilməyib.

"FC Barcelona" ona klubdakı xidmətinə görə təşəkkür edir və ona peşəkar karyerasında uğurlar arzulayır", - vebsaytda deyilir.

"Barselona" hazırda 15 xalla İspaniya çempionatının turnir cədvəlində 9-cu yerdədir. Çempionlar Liqasında İspaniya klubu qrupda üçüncü pillədə qərarlaşıb. Komanda Portuqaliya “Benfika”sına (0:3), Almaniyanın “Bavariya”sına (0:3) uduzsa da, Kiyev “Dinamo”suna (1:0) qalib gəlib"Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net