"Yuventus" Ronaldunu Poqba ilə dəyişmək istəyir
Tarix: 30-05-2021, 14:50 | Çap et
"Yuventus" Ronaldunu Poqba ilə dəyişmək istəyir

İtaliyanın "Yuventus" futbol komandasının rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldunun "Mançester Yunayted"də çıxış edən fransız yarımmüdafiəçi Pol Poqba ilə mübadiləsi barədə düşünür.

Bu barədə “Report” “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir.

Portuqaliyalı futbolçunun Turin komandası ilə müqaviləsi 2022-ci ilə qədər qüvvədədir. Ronaldunun illik maaşı 31 milyon avro təşkil edir.

Bu halda qeyd edilir ki, klubun Ronaldu ilə vidalaşmaq arzusu italiyalı baş məşqçi Massimiliano Alleqrinin komandadakı vəziyyətini ağırlaşdırır.

Qeyd edək ki, 28 yaşlı Poqba 2012-2016-cı illərdə də "Yuventus"da çıxış edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net