Ronaldonun təmiz qolu sayılmadı, çılğına döndü - Şəkillər+Video
Tarix: 28-03-2021, 12:41 | Çap et

DÇ-2022-nin seçmə mərhələsinin millimizin yer aldığı A qrupunda keçirilən Serbiya – Portuqaliya matçının sonunda gərginlik yaşanıb.
Qol.az xəbər verir ki, qonaqların kapitanı Kriştiano Ronaldo matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə qol vursa da, hakim bunu qeydə almayıb.

Onun zərbəsindən sonra serbiyalı müdafiəçi topu qapı xəttinin içərisindən çıxarıb. Ronaldo və komanda yoldaşları topun qapı xəttini keçdiyini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qərarını dəyişməyib. Bu qərardan qəzəblənən Ronaldo yan xətt hakiminə sərt şəkildə etiraz edib və buna görə də sarı vərəqə ilə cəzalandırılıb. 36 yaşlı futbolçu bundan sonra kapitan sarğısını yerə çırpıb və final fitindən əvvəl meydanı tərk edib.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.
Ronaldonun təmiz qolu sayılmadı, çılğına döndü - Şəkillər+VideoRonaldonun təmiz qolu sayılmadı, çılğına döndü - Şəkillər+Video






Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net