Rusiya komandaları icazəsiz yoldaşlıq matçı keçirdilər
Tarix: 8-06-2020, 18:11 | Çap et
Rusiya komandaları icazəsiz yoldaşlıq matçı keçirdilər

Rusiyanın "Rubin" və "Krılya Sovetov" klubları Kazan şəhərində gizli yoldaşlıq görüşü keçirib.

"Report" "Championat" nəşrinə istinadən xəbər verir ki, komandalar yerli hakimiyyətin icazəsini gözləmədən bu addımı atıblar. "Ak Bars Arena"dakı görüşün nəticəsi bəlli deyil.

Komandaların Samarada da üz-üzə gələcəkləri gözlənilir.

Qeyd edək ki, martın 17-də dayandırılan Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net