Çempionlar Liqasının "dördlər finalı" Almaniyada ola bilər
Tarix: 29-05-2020, 12:02 | Çap et
Çempionlar Liqasının "dördlər finalı" Almaniyada ola bilər
UEFA Çempionlar Liqasını (ÇL) "dördlər finalı" formatında Almaniyada keçirə bilər.

"Report" "Sky Sports İtalia"ya istinadən xəbər verir ki, daha öncə Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan oyunlar Almaniyada olacaq.

Avropa futbol qurumu 1/8 final mərhələsinin cavab oyunlarını 7-8 avqustda təşkil etməyi planlaşdırır. 1/4 final matçlarının isə 13-14 avqustda bir oyundan ibarət olacağı gözlənilir.

UEFA-nın daha öncə ÇL-də yarımfinal və final mərhələsini "dördlər finalı" formatında Türkiyənin İstanbul şəhərində keçirməyi planlaşdığı yazılıb.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. İcraiyyə Komitəsi iyunun 17-də turnirlərlə bağlı qərarını verəcək.

Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net