Bazar günü, 29 dekabr 2024, 14:32:25  

Coratda 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə bağlı tutulan şəxs hadisəni qisas məqsədilə törətdiyini etiraf edib
Tarix: 30-10-2023, 10:53 | Çap et


Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qətl, iki və daha çox şəxsin öldükdə), 29.120.2.7-ci (iki və daha çox şəxsin öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işi açılaraq istintaqı aparılır.

İş üzrə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. O, törətdiyi əməli etiraf edib və hadisəsi qisas məqsədilə törətdiyini deyib. Hazırda istintaq orqanı tərəfindən onun dindirilməsi prosesi həyata keçirilir. Şübhəli şəxs dövlət hesabına vəkillə də təmin edilib.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net