Masallıda 3,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub”, – Mərkəzin məlumatında deyilir.
Yerli vaxtla 00:58-də qeydə alınan yeraltı təkanların ocağı 18 km dərinlikdə olub.
Lənkəranda zəlzələ olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə saat 00:58 radələrində Lənkəranda zəlzələ baş verib. Təkanlar az hiss olunub.