Xankəndidə yanacaqdoldurma məntəqəsindəki partlayışda yaralanan şəxslərə yardım göndərilib - FOTO
Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimat göndərilib.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu məqsədlə Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən müvafiq yardım yola salınıb. FHN-in təcili yardım avtomobili hadisə yerinə yola düşüb.