Bərdədə polisə SİLAHLI HÜCUM - YARALANAN VAR
Tarix: 6-06-2023, 11:02 | Çap et
Bərdədə polisə SİLAHLI HÜCUM - YARALANAN VAR

Bərdə narkotik alverçiləri polisə müqavimət göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən DİA.AZ-a verilən xəbərə görə, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib. Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş, digəri isə saxlanılıb.

Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılmış, istintaq tədbirləri həyata keçirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net