Hakimiyyətdən şok qərar: Rövnəq Abdullayev postundan alınır
Tarix: 11-03-2015, 09:55 |
Çap et
Dövlət Neft Şirkətinin rəhbəri postunda dəyişiklik olacağını hələ xeyli əvvəlindən mətbuatda məlumat yayılmışdı və hətta Rövnəq Abdullayevin yerinə hazırlaşanların olduğu da deyilirdi.
Vertikal.az-a verilən xəbərə görə, bu gün həqiqətən də mövqeləri kifayət qədər zəif olan ARDNŞ başçısı öz postunda qala bilməsi üçün iqtidar daxilindəki əsas güc mərkəzlərində özünə himayədar axtarışına çıxıb.
Halbuki, dünənə qədər Rövnəq Abdullayevin bütün qruplaşmalardan kənarda qaldığını söyləyən mənbə bildirir ki, bununla da ARDNŞ rəhbəri özünü daha da çətin duruma salmış olur:
«Rövnəq Abdullayev bununla da vəziyyətini daha da kritikləşdirib. Hər halda, kiminsə çətiri altına girməsi ona qarşı cəbhə genişlənməsinə də gətirib çıxaracaq».
Qeyd edək ki, Rövnəq Abdullayevin prezidentin mühafizə idarəsinin rəisi Bəylər Əyyubovdan dəstək istədiyi də iddia olunur…
Məlumata görə, Rövnəq Abdullayev bu yaxınlarda vəzifəsindən alınacaq. Artıq belə bir qərarın verildiyi söylənilir.