PKK-ya dəstək verib bizi talayan Azercel maxinasiyaları
Tarix: 16-10-2015, 09:22 | Çap et
PKK-ya dəstək verib bizi talayan Azercel maxinasiyaları
“Azercell” mobil operatorunun fırıldaqları barədə məlumatlar medianın gündəmində yer alıb. Müxtəlif aldadıcı reklamlarla abunəçilərini aldadan mobil şirkətin yayılan məlumatlara rəsmi qaydada münasibət bildirməməsi də birmənalı deyil. Bu, birbaşa irəli sürülən ittihamları qəbul etməkdir.

Adıçəkilən mobil operatorun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar da ortaya ilginc faktlar çıxarıb. Beləliklə, əvvəlcə şirkətin abunəçilər üçün nəzərdə tutduğu kreditlərdən başlayaq. “Azercell”in abunəçiləri üçün nəzərdə tutduğu 9150 (1 manat), 9250 (1 manat 40 qəpik) və 9155 (2 manat) xidmətlərindən istifadə müqabilində aldığı kredit faizləri yüksək olmaqla yanaşı, onlara güzəşt limitində də şans tanımır. Belə ki, 1 manat müqabilində 20, 1.40 manata 28, 2 manata isə 40 qəpik pul tutulur. Faizlər yüksəkdir, xüsusilə 9150 və 9250 xidmətlərindən istifadə edən abunəçilər daha çox haqsızlığa uğrayırlar. Belə ki, 1.20 manat borc qarşılığında nömrəyə 1 manatlıq danışıq kartı yükləyən abunəçinin balansından kredit borcu qarşılığında 96 qəpik tutulur. Eyni hal 9250 xidmətində də təkrar olunur. Nəticədə abunəçilərinin maddi imkanlarını nəzərə almayan “Azercell”i bu məsələlərdə düşündürən əsas məqam, müştəri məmnuniyyəti yox, əldə etmək istədiyi gəlirlərin miqdarıdır. Ən azından şirkət kredit borclarının ödənilməsi prosesini ya 2, ya da 3 manatlıq danışıq kartlarından çıxa bilər. Lakin, heç bir halda edilən təkliflərə yaxın gəlməyən “Azercell” öz bildiyinin arxasından gedir.

Talanda rəqibsiz

Paralel olaraq, 40 dəqiqəlik danışıq üçün balansdan 15 qəpik çıxır. Bu, plan sırf 40 dəqiqə üçün nəzərdə tutulsa daha yaxşı idi. Lakin, “Azercell” 1-2-3 dəqiqəlik , hətta 10 saniyəlik danışıqlar üçün də eyni vəsaiti çıxır. Şəbəkə xarici danışıqlar isə daha bahalıdır. Belə ki, cumhuriyyet.az olaraq öyrəndik ki, “Nar”, yaxud “Bakcell” abunəçilərinə edilən zənglərin müqabilində operatorun çıxdığı məbləğ, xarici ölkələrə edilən zənglərlə eyni qiymətə malikdir. Məsələn, Rusiyaya edilən 10 saniyəlik zəngə görə, “Azercell” balansdan 30-40 qəpik aralığında məbləğ çıxır. Keçən illər ərzində Azərbaycanın ən böyük mobil operatoru adını qazanmış bu qurum şəbəkə və ölkə xarici zənglər üçün heç bir tarif planı hazırlayıb həyata keçirməyib. Bu azmış kimi şirkətin nömrələrindən istifadə edən abunəçilər üçün də heç bir güzəştlər tanınmır. Digər yandan “Azercell”in göndərilən mesajlar üçün nəzərdə tutduğu qiymətlər də bahadır. Göndərilən bir mesaj üçün balansdan 3 qəpik silinir. 3 qəpiklik qiymət məsələn, 1 manatlıq danışıq kartı yükələyən abunəçi üçün yüksək məbləğdir. Halbuki, edilən şikayətlər və təkliflər üzərində bir dəfə dəfə də olsun “Azercell” tədbirlər planı hazırlamayıb. Faktiki, olaraq dolayı yollarla müştərilərinin ciblərinə girən “Azercell” talanla məşğuldur.

Cibi soymağın aldadıcı yolu

“Azercell”lə bağlı problemlər bununla bitmir. Şirkət 1 və 2 manatlıq danışıq kartları üçün nömrənin birtərəfli bağlanması üçün eyni müddəti nəzərdə tutub. 1, yaxud 2 manatlıq kart yükləyən abunəçi 1 həftə sonra balansını artırmasa nömrə bağlanacaq. Bu, abunəçini kart almağa məcbur etməkdir. 1 manatlıq danışıq kartı üçün nəzərdə tutulan bir həftə müəyyən qədər yaxşı vaxt olsa da, 2 manatlıq danışıq kartına da eyni zamanın tanınması müştərini soymağın başqa adıdır. Ən azından 2 manatlıq kart üçün balansı artırmaq müddətini uzatmaq olardı ki, müştərilərinin maddi vəziyyətini yox, əldə etdikləri gəlirlərinin miqdarını fikirləşən “Azercell” üçün bu o qədər ideal variant deyil. Problemlərdən biri də mobil operatorun heç bir tarifə qoşulmadan edilən danışıqlar üçün nömrələrdən çıxdığı vəsaitdir. Belə ki, “Azercell”in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyyənləşib. Ancaq abunəçilər 50 saniyəlik danışıq üçün 7 qəpik, yəni 1 dəqiqəlik danışığın qiymətini ödəyirlər. 2-3 saniyəlik danışağa da eyni məbləğ çıxılır.

Terrorçuların danışıqlarına niyə göz yumur?

Sentyabrın 3-də Türkiyədəki mənbəyimizdən “Olaylar”a sentyabrın 3-də ilginc məlumat daxil oldu. Məlumatda Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatı üzvlərinin biri-birləri ilə telefon əlaqələri üçün Azərbaycanın ən böyük mobil operatoru “Azercell”in xidmətindən istifadə etdikləri bildirildi. “PKK-çıların “Azercell” nömrələrindən istifadə etmələri təsadüfi deyil. Türkiyədəki terror təşkilatları və üzvləri üzərində nəzarəti gücləndirən Milli İstihbarat Təşkilatı (MİT) onların telefonlarını da dinləyir. Dəfələrlə belə dinləmələrlə PKK-nın Diyarbəkir, Şırnak, Van, Ağrı, Batman və digər kürd bölgələrində həyata keçirmək istədikləri terror planlarının qarşısını alıb. “Azercell”dən istifadə etməklə PKK üzvləri MİT-dən öz planlarını gizləməyə çalışırlar. Çünki, MİT xarici mobil operatorları dinləyə bilmir ki, bu da PKK-ya əlavə üstünlük qazandırır”, – deyə mənbə qeyd etdi. Lakin, Azərbaycan mətbuatı və sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirəyə çıxarılan bu xəbərlərə “Azercell”dən heç bir reaksiya verilmədi. Bu faktiki olaraq, mobil operatorun baş verənlərdən xəbərdar olması deməkdir. Bəllidir ki, şirkət abunəçilərinin hansı ölkədən və nə haqda danışqıqlarından xəbərdardır. Bu baxımdan “Azercell”in yayılan məlumatlara və edilən ittihamlara göz yumması, dünyanın ən radikal terror təşkilatlarından biri kimi tanınan PKK-ya dəstək verməsi deməkdir. Görünür ki, şirkət üçün Azərbaycanın dövlət təhlükəsizliyi onun maddi maraqlarından daha üstündür.(olaylar.az) Mövzuya yenidən qayıdacağıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net