Seçicilər İmanverdi İsmayılovu şəkillərini cırmaqla boykot edir
Tarix: 13-10-2015, 18:55 |
Çap et
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini YAP-ın namizədi olaraq irəli sürmüş İmanverdi İsmayılov üçün elə ilk gündən problem yaranmağa başlayıb. Bu barədə Bizimxeber.az-a rayon sakinləri məlumat veriblər.
Onların bildirdiyinə görə, qanuna əsasən bu gündən başlayan təbliğat-təşviqat kampaniyası deputat uğursuz alınıb. Belə ki, o, nəzərdə tutulmuş yerlərə özünün seçki plakatlarını asdırmağa başlayıb, lakin naməlum şəxslər həmin şəkillərin üzərini ya qaralayıb, ya da cıraraq sıradan çıxarıb. Sakinlər deyir ki, buna səbəb olaraq İsmayılovun indiyə qədər faliyyətsiz olmasından narazı olanların etiraz etməsini göstərmək mümkündür.
İmanverdi İsmayılov indiyə qədər nə Qubadlı, nə də Zəngilan camaatı ilə maraqlanmayıb. Yalnız seçkilərdən seçkilərə yada salıb ki, bu da çox vaxt vəkili vasitəsi ilə görüşlər keçirib. “İmanverdi İsmayılov indiyə qədər bizə hər hansı bir xeyri dəyməyən adamdır. Problemlərimizi də parlamentdə səsləndirməyən biridir. Ancaq özünü düşünür. Imkanlarını artırmağa çalışır. Qara camaat onun marağında deyil. Yenidən deputat olmaq istəyir. Görünür, insanlar artıq bezib və bu səbəbdən də onun seçki plakatlarının üzərini qaralayırlar”.
Qarşı tərəfi də dinləməyə hazırıq.