Elman Mehdiyevin işçisi Hacıqabulda dövlət vəsaitini belə mənimsəyir
Tarix: 1-10-2015, 09:54 |
Çap et
Zaman-zaman 7News.az informasiya portalına DSMF-nin müxtəlif rayon şöbələri barədə unikal maxinasiya xəbərləri daxil olur. Maraqlı məqam ondan ibarətdir ki, bu maxinasiyaların üstü açılsa da günahkarlar barədə heç bir tədbir görülmür və onlar heçnə olmamış kimi yenə öz vəzifələrini icra etməkdə davam edirlər. Görünür hansısa məqamda bu “igidlər” vətəndaşların dili ilə desək öz rəhbərləri ilə “razılaşmağa” müvəffəq olurlar. İstənilən halda ortada zərər çəkən sadə vətəndaşlardır. Bütün hallarda cəmiyyətdə ikrah hissi oyadan halların işıqlandırılması medianın üzərinə düşən ən ümdə vəzifələrdən biridir.
Redaksiyamıza DSMF haqqında daxil olan məlumatlardan birini diqqətinizə çatdırırıq. Xatırladaq ki, məlumatda kifayət qədər ciddi qanun pozuntuları və cinayət əməlləri konkret faktlarla sübuta yetirilib. Müraciəti olduğu kimi təqdim edirik:
"Şöbə müdiri vəzifəsinə təyin olunandan bəri DSMF Hacıqabul rayon şöbəsində çoxlu qanun pozuntuları aşkar olunmuşdur. İdarəyə verilmiş 24 AA 046 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 850.00 AZN əsaslı təmir xərci ayrılmışdır, amma hələ də nəqliyyat vasitəsi təmir olunmamışdır. Səbəb həmin fiziki şəxslə danışılıb “qara mühsibatlıq” sənədi əsasında 850.00 AZN-i hesabdan nəğd yolla mənimsənilmişdir. 01.01.2015-ci il tarixdən etibarən Anar Əhmədov yaxın qohumları olan Əhmədov Mikayıl Müslüm oğlunu sürücü, Əhmədov Elməddin Mikayıl oğlunu gözətçi vəzifəsinə qəbul etmişdir. Hələ də o işçiləri şöbədə heç kim görməmişdir, əmək haqqı plastik kartlarını da Anar Əhmədov imza çəkib özü götürmüşdür və har ay onların adına əmək haqqı, mükafat, yanacaq xərci, məzuniyyət hesablanır və Anar Əhmədov tərəfindən mənimsənilir. Elməddin Əhmədov onun özünə məxsus Şirvan şəhərində yerləşən inşaat materialları mağazasında satıcı vəzifəsində işləyir. Əmisi M.M.Əhmədov isə ərzaq malları mağazasında Şirvan şəhərində sürücü işləyir. Bəs necə olur ki, işçi işə gəlmədiyi halda ona əmək haqqı verilir? (ƏM Maddə 154), mükafat verilir?. Çox maraqlıdır görəsən bu barədə heç kimin məlimatı yoxdur?"
Xatırladaq ki, DSMF Hacıqabul rayon şöbəsi haqqında bundan öncə də ciddi nöqsanlar barədə məlumat daxil olmuşdu. Məlumatı da Sizin diqqətinizə çatdırırıq:
“Salam. Yazıb Sizi məlum edirəm ki, 27 Dekabr 2004-cü il tarixdən DSMF Hacıqabul rayon şöbəsində məsləhətçi-mühasib vəzifəsində şçalışırdım. Məni heç bir əsas olmadan, vəzifə səlahiyyətlərindən istifadə edərək, hədə qorxu gələrək DSMF Hacıqabul rayon şöbəsinin müdiri A.A.Əhmədov işdən azad elətdirdi. Çox maraqlı haldır ki, dəfələrlə işdən azad olunmağımın səbəbini soruşanda şöbə müdiri mənə heç bir sübut və dəlil gətirə bilmirdi. İşdən azad olmadığım halda isə protokol tərtib edib əmək stajımı korlayacağını bildirirdi.(ƏM-i Maddə.69.7) Hətta iş o yerə çatmışdı ki, idarənin işçilərini mənə görə A.A.Əhmədov tərəfindən dəfələrlə incidilirdi. A.A.Əhmədov elə bilir ki, DSMF onun xüsusi mülkiyyətidir. Nə istəsə onu da edə bilər. Əlbəttə bu savadsızlıqdan və insanlara qarşı olan hörmətsizlikdən irəli gəlir. Mən bilmək istəyirəm A.A.Əhmədov kimə belə arxayındır.
Cənab Prezident məmur özbaşınalıqları barədə deyib: “Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.”
Odur ki. Sizdən xahiş edirəm , mənim şikayətim ciddi araşdırılsın. Bu məmur özbaşnalığına, vəzifə səlahiyyətindən sui istifadə, insan mənəviyyatını təhqir əməllərinə son qoyulsun. A.A.Əhmədov haqqında lazımi tədbirlər görülsün.
Mən idarədə baş verən bütün saxtakarlığı bilirdim, ona görə də məni işdən uzaqlaşdırdılar. Buna sübut Həsənov Mirzə Həsənbala oğlu (018253) pensiya işinin nömrəsi adlı vətəndaşa Tikinti Abadlıq Servis MMC-dən saxta möhür ilə zərərli sahə təsdiq edilib. Noyabr 2014-cü il tarixdə təsdiq olunub və külli miqdarda ondan rüşvət alınıb. Hansı ki onun yoxlama arayışı B3 bəyannaməsi olmayıb. Ağakişiyev Elman İncinar oğlu.01 Oktyabr 2014-cü il tarixdən 01 Mart 2015-ci iltarixədək fiziki şəxslərdən Ünvanlı Sosial Yardım almaq üçün köçürmə adı ilə 18000.00 manat rüşvət alınıb, hansı ki. bu pullar 08002 yığım hesabına köçürülməli idi. Mən bu işləri bildiyim üçün əsassız olaraq işdən azad olunmuşam. Bundan başqa digər əsaslı olaraq neqativ hallar mövcuddur. Görəsən DSMF-nun Sədri cənab Elman Mehdiyev bunlardan xəbərdardırmı? Məncə yox!
Nəzərinizə çatdırıram ki, işdən azad olmağım haqqında heç bir rəsmi əsas olmayıb. Xahiş edirəm mənə köməklik edəsiniz.
Hörmətlə Rəhimov Rəşad Adil oğlu.”
DSMF haqqında digər rayon və şəhər şöbələrindən daxil olan məlumatları araşdırdıqdan sonra dərc edəcəyik.